İmam Xumeyni (rə) adına inistitunun Quran və Hədis idarəsinin müdiri Əbdül-Rza Şərifi İQNA Quran agentliyinə müsahibəsində bildirib ki, bu dövr müsabiqə fevralın 19-20-də İmam Xumeyni (rə) adına inistitutun Şəhid Sədr konfrans salonunda təşkil olunacaq.
O əlavə edib ki, müsabiqə qrup şəkilində təşkil olunur. 21 ölkədən tələbələr 30 qrupda bir-birləri ilə yarışacaqlar.
Şərifinin sözlərinə görə, bu dövr müsabiqənin hakimləri beynəlxalq dərəcəli hakimlər olacaq. “Quranın əzbər oxunması üzrə Şəhriyar Pərhizqar, Təcvid üzrə Heydər Kəsmayi, sot üzrə Əli Əsğər Şüai və ləhn üzrə cənab Dehdəşti hakimlik edəcək”, -deyə Şərifi deyib.
O əlavə edib ki, iştirakçılardan 12 nəfərə qiraət və tərtil fənni üzrə, 18 nəfər tərtil fənni üzrə, iki nfərə Azan fənni üzrə və 9 nəfər munacat və dua fənni üzrə müsabiqədə iştirak edirlər.
“Müsabiqənin keçirilməsindən məqsəd qrup şəklində tələbələrin fəaliyətlərini gücləndirmək, Səhifeye Səccadiyyə duası ilə tələbələrin ünsiyyətini artırmaq, azan və münacat oxuya bilən şəxsləri tanımaqdır”, -deyə şərifi deyib.
O əlavə edib ki, bu dövr müsabiqədə birinci yeri qazanmış qrupa 1000 dollar, ikinci yer qazanmış qrupa 700 dollar, üçüncü yer 600, dördüncü yer 500 və beşinci yeri qazanmış qrupa 400 dollar nağd pul mükafat veriləcək. 746704