İQNA Quran agentliyinin “Əl-Kövsər” saytına istinadən məlumatına əsasən, seminarda müctəhidlər, ziyalılar və islam dünyasının araşdırmaçıları iştirak edirlər. Seminar fevralın 17-də başlayıb və fevralın 23-nə kimi davam edəcək.
Seminarda Peyğəmbərin şəxsiyyəti , İslam dininin həqiqi siması, Peyğəmbərin nümunəvi şəxsiyyətinin tanıtdırmaq və bu şəxsiyyətin insane və əxlaqi dəyərlərin güclənməsində rolu, Rəsuli Əkrəmin (s) təşkilatçılıq və idari fəaliyyətləri, müxtəlif elmlərin yaranmasına şərait yaratmaqda Peyğəmbərin (s) rolu, Qanunların güclənməsində və elmin inkişafında Peyğəmbərin (s) rolu kimi məsələlər müzakirə olunur.
Kufə Universitetinin ədəbiyyat fakültəsinin dekanı Əla Əl-Rəhimi deyib ki, Kufə universiteti həmişə belə seminarlar təşkil etməklə dünyanın qabaqcıl universitetləri ilə əlaqələrini inkişaf etdirmək və tələbələrin elmi və fikri səviyyəsini artırmaq istəyir.750854