IQNA

Sudanda İmam Xumeyni (rə) xatirəsinə həsr olunmuş ədəbi festival keçirilib

22:40 - February 26, 2011
Xəbər sayı: 2086740
Mədəniyyət və incəsənət şöbəsi: Sudanın nağıl yazma birliyi İranın bu ölkədəki mədəniyyət müşavirliyi ilə birlikdə İmam Xumeyni (rə) xatirəsinə həsr olunmuş nağıl yazma və ədəbi müsabiqəni keçirib.
İQNA Quran agentliyinın İslami Əlaqələr və Mədəniyyət Təşkilatına istinadən məlumat verir ki, müsabiqə üçün materiallar fevralın 14-dən qəbul olunub. Müsabiqədə Tanınmış jurnalistlər, ədəbiyyatçılar, tənqidçilər iştirak ediblər.
Qeyd edək ki, müsabiqənin katibliyinə daxil olan nağıllardan 71 əsər iştirak edəcək. Onlardan 3 nəfərə mükafatlar təqdim olunacaq. Mükafatlandırma mərasimi fevralın 16-da təşkil olunacaq. Birinci yerin qalibi İrana səfər edəcək və 1000 Sudan conyesi qazanacaq. İkinci yer 750 Sudan conyesi, üçüncü yer 500 Sudan conyesi ilə mükafatlandırılacaqlar.
753582
captcha