IQNA

Camiətul-Mustafa (s) universitetində tələbələr və Quran arasındakı sıx əlaqə onların beynəlxalq aləmdə müvəffəq olmasına səbəb olub

23:12 - February 26, 2011
Xəbər sayı: 2086753
Quran fəaliyyətləri üzrə şöbə: Camiətul – Mustafa (s) Beynəlxalq Universitetinin elmi heyətinin üzvi bildirib ki, universitetdə dərslər elə təşkil olunub ki, tələbələr və Quran arasında daimi əlaqə yaranır və həmin əlaqənin olması onların beynəlxalq aləmdə müvəffəq olmasına səbəb olub.
Camiətul – Mustafa (s) universitetinin elmi heyətinin üzvi höccətul-islam Möhsin Ğərəviyan İQNA Quran agentliyinə müsahibəsində bildirib ki, universitetdə tələbələr Quranın üzdən oxunması, təfsiri və tərcüməsi dərsləri öyrədilir. “Quran Camiətul-Mustafa (s) universitetində təhsil alan əcnəbi tələbələrin fəaliyyət və işinin əsasını təşkil edir”, -deyə Ğərəviyan deyib.
Universitetin tələbələri öz ölkələrində yüksək vəzifə və məqam sahibləridirlər. Belə ki ötən il Komor adaları ölkəsində ötən prezident seçkilərində namizəd olmuş tələbələrimizdən biri bu vəzifəyə seçildi.
“Universitetdə müsəlman və qeyri müsəlman ölkələrdən tələbələr təhsil alır. Qeyri müsəlman ölkələr gənclərin Camiətul-Mustafa (s) universitetində təhsil almasını qadağan edirlər və bu sahədə maneələr icad edirlər. Lakin bu çətinliklərə baxmayaraq həm müsəlman və həm qeyri müsəlman ölkələrindən o cümlədən ABŞ, Avropa və digər ölkələrdən universitetdə tələbər təhsil alır”, - Ğərəviyan deyib.
Onun sözlərinə görə, universitetin tələbələri öz xalqlarını Quran və İslamla tanış etməkdə böyük rol oynayırlar. 752503
captcha