İQNA Quran agentliyinin İslami məzhəblərinyaxınlaşması üzrə ümumdünya assambleyasına istinadən məlumat verir ki, bir günlük iclasda dünyanın müxtəlif müsəlman ölkələrindən alimlər və ziyalılar iştirak ediblər.
İclasda Ayətullah Təsxiri məzhəblərarası və dinlərarası yaxınlaşma və Quran və Peyğəmbərin (s) sünnətində ona olunan sifariş, yaxınlaşmanın qaydaları və alimlərin yaxınlaşma mədəniyyətinin inkişafında rolundan danışıb.
Ayətullah Təsxiri İslami məzhəblərarasında yaxınlaşmaya əngəl olan amilləri sayıb və deyib ki, xarici qüvvələr, bəri dövlət rəhbərlərinin şəxsi mənafeyi, danışıqlar aparan tərəflərdə şübhələr, şişirtmələr, müqəddəslərə hörmətsizlik və digər bu kimi amillərin yaxınlaşmaya mane yaratdığını deyib. “Lazımdır ki, danışıqlar aparılması üçün məsələ dəqiq şəkildə seçilsin və vahid bir qayda üzərində danışıqların aparılması haqda razılıq olunsun”, -deyə Ayətullah Təsxiri deyib.
Qeyd edək ki, iclasda Böyük Rəhbərin Almaniyadakı nümayəndəsi Ayətullah Ramazani, Viyana İslami şurasının imama camatı Ədnan İbrahim və digər bir neçə nəfər də çıxış ediblər. Onlar öz çıxışlarında alimlərin müsəlman xalqlarının oyanışında və dini dəyərlərin yayılmasında rolundan danışıblar. 754611