IQNA

İran parlamenti BMT İnsan haqları komisarlığından regiondakı cinayətkarları cəzalandırmağı istəyib

23:32 - February 28, 2011
Xəbər sayı: 2088174
Siyasi şöbə: İran Parlamentinin İnsan Haqları komitəsinin sədri Zöhər İlahiyan BMT-nin İnsan Haqları üzrə Ali Komissarına məktub yazıb və bu komisarlığın regionın bəzi ölkələrində cinayətlər törədənləri cəzalandırılmasına çalışmağa çağırıb.
İQNA Quran agentliyinin məlumatına əsasən, xanım İlahiyan məktubunda yazıb ki, Misir, Bəhreyn, Yəmən və Liviya xalqı öz hökumətlərinə dinc etirazlar edirlər. Onlar öz qanuni hüquqlarının bərpasını istəyirlər. Lakin hökumətlər onlara qarşı zor tətbiq edir və bəzi vaxtlar onları gülləbaran edir. Beynəlxalq İnsan haqları sənədlərinə əsasən söz azadlığı və əqidə azadlığı bəşərin hüquqlarındandır. İran parlamentinin insane haqları komitəsi bu cinayətləri məhkum edir və sizdən bu ölkələrdəki vəziyyəti araşdırmaq məqsədi ilə xüsusi komitənin yaradılmasını təklif edir. Komitənin rəyinə əsasən cinayətkarlar Beynəlxalq məhkəməyə verilsin və cəzalandırılsınlar ki, digərlərinə ibrət olsunlar. 755060
captcha