IQNA

İranın İslami Araşdırmalar Fondu Minskdə keçirilən beynəlxalq kitab sərgisində öz məhsullarını nümayiş etdirir

23:20 - March 05, 2011
Xəbər sayı: 2090642
Mədəniyyət və incəsənət şöbəsi: İranın İslami Araşdırmalar Fondu tərəfindən Rus dilinə tərcümə olunmuş 50-dən çox əsər kitab sərgisində sərgilənir.
İQNA Quran agentliyinin İƏMT-ə istinadən məlumatına əsasən, kitab sərgisində Nəhcül-Bəlağənin, Səhifeye Səccadiyyənin rus dilinə tərcümələri, Nurul-Quran təfsirinin 7 cildlik rus dilinə tərcüməsi, Şəhid Müttəhhərinin əsərləri və İslamşünaslıq üzrə digər alimlərin o cümlədən Ayətullah Təsxiri, Seyyid Hüseyn Nəsr, Hanri Kerin, Ayətullah Əmininin fəlsəfə, irfan, Quran və fiqh mövzularda yazdıqları əsərlərin tərcüməsi srgilənir.
Sərgidə 20-dən çox ölkədən o cümlədən Azərbaycan, İran, Rusiya,Venesuela, Hindistan, Qazağıstan, Çin, Kuba, Ukrayna, Fransa, İsveçrə və digər ölkələrdən iştirakçılar öz məhsullarını nümayiş etdirir.
Sərgidə “Müsəlmanka” jurnalının 8-ci nömrəsi paylanıb. 757890
captcha