IQNA

Yunanıstanda İslami maarifləndirmə aparmaq məqsədi ilə yeni internet saytı istifadəyə veriləcək

22:33 - March 07, 2011
Xəbər sayı: 2092052
Siyasi və ictimai şöbə: Yunanıstan Müsəlmanlar Birliyinin rəhbəri Nəim Əl-Qəndur bu ölkədə islami maarifləndirməni həyata keçirmək məqsədi ilə yeni internet saytının istifadəyə veriləcəyini deyib.
İQNA Quran Agentliyinin İslami Əlaqələr və Mədəniyyət Təşkilatına istinadən məlumatına əsasən, ötən gün İranın Yunanıstandakı mədəniyyət müşaviri Məhəmmədrza Pakrəvanla görüşüb. Görüşdə o bildirib ki, təmsil etdiyi birlik Yunanıstanda İslami tanıtmaq məqsədi ilə dörd internet səhifəsinə malik olduğunu və İslami nəzəriyyələri yayımlamaqda geniş potensiala sahib olduqlarını deyib.
O əlavə edib ki, nəzərdə tutmuşuq ki, yeni bir internet səhifəsini də yaxın gələcəkdə istifadəyə verək. Yeni saytda İslam mədəniyyəti , yeniləşmə və İslamın modernləşməyə baxışı kimi məsələlər haqda əhalini maarifləndirəcək. 758498
captcha