İQNA Quran agentliyinin Səudiyyə Ərəbistanın Həcc nazirliyinin rəsmi saytı “Haj Information”-a istinadən məlumatına əsasən, müsabiqəyə Səudiyyə Ərəbistanın müdafiə naziri və vəliəhd Sultan bin Əbdül-Əziz nəzarət edəcək.
Məlumata əsasən, müsabiqədə 20-yə yaxın ərəb və müsəlman ölkəsindən 90 hafiz iştirak edəcək. Müsabiqədə Quranın 114 surəsinin təcvid və tərtillə əzbər oxunması, 20 cüzünün tərtil və təcvidlə əzbər oxunması, 10 cüz və 5 cüzün tərtil və təcvidlə əzbər oxunması üzrə keçiriləcək.
Silahlı Qüvvələrin Beynəlxalq Quran müsabiqəsi ilk dəfə 2001-ci ildə Səudiyyə Ərəbistanda keçirilib.
Qeyd edək ki, İrandan müsabiqədə 4 nəfər iştirak edəcək. İştirakçılar martın 11-də Səudiyyə Ərəbistanına gedəcəklər.760007