IQNA

21:16 - March 14, 2011
Xəbər sayı: 2095888

Səudiyyə Ərəbistanda şiə alimlər siyasi islahatın aparılmasını tələb edir

Beynəlxalq şöbə: Səudiyyə Ərəbistanın daha çox şiələr yaşayan “Qətif” və “Ehsa” regionun alimləri təhlükəsizlik qüvvələrinin mitinq iştirakçılarına atəş açmasını tənqid edib, məhbusların azadlığa buraxılmasını və hökumətdən siyasi islahat aparmasını tələb ediblər.

İQNA Quran agentliyinin “Rasid” xəbər agentliyinə istinadən məlumatına istinadən, Qətif əyalətinin “Əl-Rəbiyyə” şəhərinin imam cüməsi Əbdül-Kərim Əl-Həbil Qətifdə mitinq iştirakçılarına atəş açılmasını məhkum edib və “yaddan çıxarılmış” məhbusların (16 il öncə ABŞ bazasının partladılması ittihamı ilə həbs olmuş şiələr) azadlığa buarxılmasını istəyib.
O hökuməti etirazçılara qarşı silah istifadə etməməyə çağırıb.
Ehsa əyalətindən olan digər alim Haşim Əl-Səlman Səudiyyə Ərəbistan qanunlarında göstərilmiş dini azadlığın təmin olunmamasını tənqid edib.
Digər alim Fuad Əl-Məturk mitinq iştirakçılarına qarşı təzyiqlərin artırılmasını, hərbiçilərin güc istifadə etməsini dayandırılmasını istəyib. O hökuməti əhalinin istəklərinə hörmətlə yanaşmağa çağırıb. 763407
captcha