İQNA Quran agentliyinin “Əl-Kövsər” saytına istinadən məlumatına əsasən, DMAB-nin sədri Qərzavi müsəlman ölkələrə Yəməndə etirazçıların qətliamı ilə bağlı xəbərdarlıq edib.
Qərzavi Yəməndəki hadisələri, etirazçıların qətliamını pisləyib və bu ölkənin vəziyyəti ilə bağlı öz narahatçılığını dilə gətirib.
Qeyd edək ki, Yəmən hərbi qüvvələri ötən günlərdə Səna şəhərində Təğyir meydanında toplaşmış mitinq iştirakçılarına hücum edib və atəş açıb, hadisə zamanı onlarla insan həlak olub 1000 nəfərdən çox insan isə yaralanıb.