IQNA

Novruz bayramı tətillərində Həzrət Məsumə (s) xanımın hərəmini 5 milyon zəvvar ziyarət edəcək

18:13 - March 20, 2011
Xəbər sayı: 2097699
Mədəniyyət və incəsənət şöbəsi: Həzrət Məsumə (s) hərəminin direktoru höccətul-islam Məhəmməd Nəzəri deyib ki, Novruz bayramı tətillərində xanımın hərəmini 5 milyon zəvvarın ziyarət edəcəyi gözlənilir.
İQNA Quran Agentliyinin məlumatına əsasən, Nəzəri deyib ki, Həzrət Məsumənin (s) hərəmində Novruz bayramı və yeni il proqramı gecə saat 01:00 –da başlayacaq. Müxtəlif proqramlar o cümlədən təvaşih qruplarının oxuması, mədhnamələrin oxunması və dini alimlərin çıxış etməsi gözlənilir.
O əlavə edib ki, bu proqramların icrasından sonra “təvəssül” duası oxunacaq və duanın sonu ilin təhvil olması saatla üst-üstə düşəcək.

Nəzəri əlavə edib ki, Novruz bayramı günləri hərəmin yeni tikilib istifadəyə verilmiş həyət və namazxanalarında hər gün camaat namazları qılınacaq.
Zəvvarların dini maarifləndirilməsi məqsədi ilə hərəmdə sual-cavab oturumları da təşkil olunur, -deyə Nzəri deyib.765811

captcha