IQNA

17:04 - March 30, 2011
Xəbər sayı: 2099165

Müsəlman alimləri Əfqanıstanda islam müqəddəslərinə olunan hörmətsizliyə etiraz ediblər

Siyasi və İctimai şöbə: Əfqanıstanda müsəlman alimləri birgə toplantıkeçirərək İslam müqəddəslərinə olunan hörmətsizliyi və İslam alimlərinin həbsini pisləyiblər.

İqna Beynəlxalq Quran Agentliyi: Əfqanıstanın Qəndahar şəhərində 500 dənartıq müsəlman alimləri və tələbələr bildiriblər ki, xarici hərbiçilər onların evlərinə daxil olaraq günahsız insanları qətlə yetirirlər və onlara alçaldıcı sözlərlə söyürlər. Toplantı iştirakçıları xarici hərbiçilərin itlərlə məscidlərə daxil olub araşdırma aparmalarını İslam müqəddəslərinə sonsuz təhqir adlandırıblar. Onlar bu kimi əməllərin tezliklə dövlətdən istər xarici istərsə də daxili qüvvələr tərəfindən baş verməsinin qarşısının alınmasını tələb ediblər. 767276
captcha