Siyasi və İctimai şöbə: Hindistanın Alimlər Məclisinin Baş katibi höccətül-İslam Seyyid Kəlb Cavad Nəqəvi dünya müsəlmanlarını dünyanın hər bir yerində Bəhreyn, Yəmən, Liviya və digər müsəlman ölkərininin xalqlarına dəstək mitinqləri təşkil etməyə çağırır.
İQNA Quran agentliyinin Hindistan şöbəsinin məlumatına əsasən, Seyyid Kəlb Cavad Nəqəvi Dehli şəhərində Hindistan KİV-lərinə müsahibəsində deyib ki, dünya müsəlmanları bəzi ərəb ölkələrində o cümlədən Bəhreyn, Yəmən və Liviyada öz müsəlman qardaşlarına qarşı olan zülmlərin qarşısında sükut etməməlidir. Onlar dünyanın hər bir yerində həmin ölkə xalqlarına dəstək mitinqləri təşkil etməlidir.
O əlavə edib ki, ABŞ və İsrail müsəlmanlara qarşı məkirli planlar hazırlayıblar, belə şəraitdə İslam ölkələri başçıları öz xalqlarını dəstəkləməlidir, öz xalqının qanını tökməməlidir.767149