İQNA Quran agentliyinin Xorasan Rəzəvi şöbəsinin məlumatına əsasən, www.razavi.tv sayıt virtual məkanda Əhli-Beyt (ə) aşiqlərinə xidmət göstərir. Dünyanın hər bir yerindən müsəlmanlar və Əhli-Beyt (ə) aşiqləri bu sayt vasitəsi ilə İmam Rza (ə) hərəmini canlı yayımdan ziyarət edə bilərlər.
Eləcə də hərəmin İmam Xumeyni (rə) eyvanında müxtəlif münasibətlər o cümlədən İmam Rza (ə) mövludu münasibəti ilə, Qədr gecələri, Ərəfə günü, Səfər ayının son 10 günü, Novruz bayramı və digər münasibətlərlə bağlı keçirilən tədbirlə canlı yayımda bu sayt vasitəsi ilə yayımlanır.
Qeyd edək ki, adi günlərdə sutkada 3000 nəfər və xüsusi münasibətlərdə isə sutkada 12 000 nəfər sayta baxış keçirir. Sayta baxış keçirənlərin 40 faizi Avropa, Amerika, Ərəb ölkələri və digər ölkələrdən olan insanlar təşkil edir.766732