IQNA

İslam Peyğəmbərinin (s) səhabəsi Müsəb ibn Ümeyrin həyatı haqqında film çəkiləcək

0:25 - April 03, 2011
Xəbər sayı: 2099513
İncəsənət şöbəsi: İslam Peyğəmbəri (s) səhabəsi Müsəb ibn Ümeyr haqqında tezliklə film çəkiləcək. Filmi İranlı rejissor Məhəmmədtəqi Ənsari çəkəcək.
İQNA Quran agentliyinin məlumaıtna əsasən, Ənsari deyib ki, filmin ilkin çəkilişlərinə bir neçə gündən sonra başlanacaq. Filmin sujeti Müsəb İbn Ümeyrin həyatı və onun Ühüd müharibəsində şəhid olması haqqında olacaq.
Peyğəmbərin Mədinəyə göndərdiyi səfir və İslam ordusunun bayraqdarlarından biri Müsəb ibn Ümeyrin həyatı haqqında çəkiləcək filmdə iştirak etmək üçün aktiyorlar artıq seçilib və tez bir zamanda filmin çəkilişlərinə başlanacaq.767640

captcha