İQNA Quran agentliyi “Əl-Ray” qəzetinə istinadən məlumat verir ki, Buğeys deyib ki, müsabiqənin təşkilindən məqsəd Quran maarifi və elmlərini yaşatmaq, müsəlman xalqlarının Quranın müxtəlif qiraət formaları ilə tanışlığı, Quran hafizlərinin təhsillərini davam etdirməyə maraqlarını artırmaq, islami dəyərlərlə tanışlıqdır.
O əlavə edib ki, müsabiqə dörd fənn üzrə Quranın bütün surələrinin təcvid qaydalarını riayət etməklə əzbər oxunması, Quranı əzbərdən yeddi qiraət üslubu ilə oxumaq, Quranın tilavət və tərtillə oxunması və yeni texnologiyalardan istifadə etməklə yeni tilavət üslubunun yaradılması.
Buğeys deyib ki, birinci fənn üzrə 5 qadın və 5 kişi mükafatlandırılacaq. Birinci yerin sahibinə 10 min Kuveyt dinarı və digər dörd nəfərə ondan bir az aşağı məbləğdə mükafatlar təqdim olunacaq. Quranı əzbərdən yeddi qiraət üslubu ilə oxumaq fənni üzrə üç nəfərə mükafatlar təqdim olunacaq. Onlardan birinci yer 20 min Kuveyt dinarı, ikinci 15 min, üçüncü 10 min Kuveyt dinarı ilə mükafatlandırılacaq. Quranın tilavət və tərtillə oxunması fənni üzrə birinci yerin sahibinə 5 min dinar, 2-ci yer 4 min, üçüncü yer 3 min və dördüncü yerə 2 min dinar beşinci yerin sahibinə isə min dinar mükafat təqdim olunacaq.
Buğeys əlavə edib ki, yeni tilavət üslubu kəşf edən hər bir şəxsə isə 4 min Kuveyt dinar təqdim olunacaq. 767915