İQNA Quran agentliyinin “Ər-Riyad” qəzetinə istinadən məlumatına əsasən, “Dünyanın ən məşhur Quran xəttatları” sənədli filmi İslam Peyğəmbəri (s) dövründən indiki zamana kimi Quranın xəttatlıq növləri və bu sahədə baş vermiş dəyişiklikləri ictimaiyyətə nümayiş etdirmək məqsədi ilə istehsal olunub.
30 dəqiqəlik sənədli filimdə İngilis və Ərəb dillərində düzgün və məqsədli məlumatlar yerləşdirlib. Bu sənədli film həmçinin qulaqdan əlil olan insanlar üçün “işarə” dilinə də tərcümə olunub.
Sənədli filmdə Ərəb dili rəsmülxəttinin müxtəlif növlərindən istifadə olunub. Rəsmülxətlər coğrafi mövqelərə görə təbəqələnib və Quranın tarixi nüsxələri faydalı izahlarla təsvirə çəkilib. Sənədli filmdə Quranın xəttatlığında baş verən dəyişikliklər və inkişaf diqqət mərkəzində olub. Qeyd edək ki, aprelin 26-dən mayın 2-dək Səudiyyə Ərəbistanın Mədinə şəhərində dünyanın tanınmış xəttatlarının iştirakı ilə “Dünyada ən məşhur Quran xəttatlarının” konqresi keçiriləcək. 769894