IQNA

12:49 - April 07, 2011
Xəbər sayı: 2101980
Siyasi və ictimai şöbə: İranın Qum şəhərində yerləşən Bəhreynlilərin dini elmi mərkəzinin rəhbəri müsəlman ölkə xalqlarını və azadlıq sevər insanları Bəhreynin məzlum xalqına dəstək olmağa çağırıb.
İQNA Quran agentliyinin Qum şəhər şöbəsinin məlumatına əsasən, Bəhreynlilərin dini elmi mərkəzinin rəhbəri höccətül-islam Abdullah Dəqqaq bildirib ki, Səudiyyə əsgərləri Bəhreyndə şiələrini qətliam edir, məscidləri dağıdır ABŞ və Səudiyyə hökuməti də onların bu cinayətlərini dəstəkləyir.
O əlavə edib ki, ötən bir neçə gün ərzində bir neçə məscid , hüseyniyyə və eləcə də şiələrin böyük alimlərindən birinin məqbərəsi dağıdılıb, onlar Bəhreyndəki xalq hərəkatını şiə və sünni davası kimi qələbə verməyə çalışırlar.
Dəqqaq əlavə edib ki, şiələri oğurlayırlar və bir neçə gün sonra oğurlanmış şəxsin cənazəsini evinin yanında atıb gedirlər. Cənazələrin üzərində çoxlu sayda işgəncə əlamətləri olur.
Dəqqaq İranda təhsil alan əcnəbi tələbələrin Tehranda BMT-nin ofisinin qarşısında etiraz mitinqi keçirəcəyini deyib. Etiraz mitinqində Səudilərin və ABŞ-ın Bəhreyndəki cinayətləri pislənəcək, mitinqin sonunda qətnamə qiraət olunacaq və imzalar topalanacaq.
Qeyd edək ki, bu gün İranda təhsil alan əcnəbi tələbələr yerli vaxtla saat 10-da BMT-nin Tehrandakı ofisinin qarşısında etiraz mitinqi keçirib. Tələbələr həmçinin saat 11:30-da Səudiyyə Ərəbistanın Tehrandakı səfirliyinin qarşısında etiraz mitinqi təşkil edəcəklər. 770323
Ad:
E-poçt:
* Comment:
* captcha: