İQNA Quran agentliyinin “Əl-Əhram” qəstinə istinadən məlumatına əsasən, Amerikada özünü keşiş adlandıran Teri Conz Quranı yandırır, ABŞ hökuməti bu çirkin əməli söz və əqidə azadlığı bəhanəsi ilə ört-basdır etdiyi bir vaxtda həmin ölkənin Qahirədəki səfiri Marqarit Eskppi bəyanat yayaraq Florida ştatında keşişin Quranı yandırmasını pisləyib.
O bəyanatında iddia edib ki, Amerika Birləşmiş Ştatları yarandığı gündən tolerantlığa, din və əqidə azadlığına hörmətlə yanaşıb. Lakin səfirin iddiasının əksinə olaraq hazırda Amerikada müsəlmanlar təzyiq altında yaşayır və onlara qarşı ayrıseçkilik siyasəti yürüdülür. 11 sentyabr 2001 –ci hadisəsindən sonra Amerikada yaşayan müsəlmanlara təzyiqlər daha da artıb. 770571