İQNA Quran agentliyinin Kuveytin “Əl-Ənbiya” qəzetinə istinadən məlumaıtna əsasən, beynəlxalq Quran müsabiqəsi Kuveyt İslami İşlər və Vəqflər nazirliyinin təşəbbüsü ilə keçiriləcək. Müsabiqə aprelin 13-də başlayacaq və aprelin 20-dək davam edəcək.
Müsabiqə dörd fənn üzrə Quranın bütün surələrinin təcvid qaydalarını riayət etməklə əzbər oxunması, Quranı əzbərdən yeddi qiraət üslubu ilə oxumaq, Quranın tilavət və tərtillə oxunması və yeni texnologiyalardan istifadə etməklə yeni tilavət üslubunun yaradılması üzrə təşkil olunacaq. 771592