IQNA

Britaniyada müsəlman incəsənət xadimlərinin əsərlərinin sərgisi keçirilir

20:57 - April 11, 2011
Xəbər sayı: 2104241
Beynəlxalq şöbə: Londonda aprelin 5-də Britaniya müsəlmanlarının incəsənət xadimlərinin əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgi Britaniya Tələbələrinin İslami Birlik fondunun (FOSIS) təşəbbüsü ilə keçirilir.
İQNA Quran agentliyinin “Islamic Art Magazine” saytına istinadən məlumatına əsasən, fond müsəlman tələbələrin inkişafı üçün şəraitin yaradıması və bu kimi tələbələrin məşğuliyyəti və təhsilini təmini üçün müsabiqə təşkil edib.
Müsabiqədə 200 müsəlman tələbə öz əl işlərini təqdim ediblər və tanınmış incənət xadimlərindən ibarət hakimlər heyəti tərəfindən həmin əsərlər arasından 20 əsər seçilib və hazırda London İncəsənət Universitetində sərgilənir.
Sərgi aprelin 15-nə kimi davam edəcək. 772498
captcha