İQNA Quran agentliyinin “Əl-dəstur” qəzetinə istinadən məlumatına əsasən, sənədli film “İordaniya rəvayəti ilə Azadlıq Karvanı” adı ilə Azadlıq karvanının Qəzzəyə tərəf hərəkət etdiyi vaxtdan sionist əsgərlərinin karvana hücum etdiyi ana kimi hadisələri ekrana çəkib.
İordaniyanın “Yaşayış nəbzi” komitəsi tərəfindən hazırlanan sənədli ikinci Azadlıq Karvanının Qəzzəyə tərəf hərəkət etdiyi vaxt efirdə yayımlanacaq. Azadlıq Karvanı sənədli filminin rejissoru Əmid Əbdülhəfiz və filmin hazırlanmasına sərmayə yatıran şəxs Xəzir Əl-Məşayix özləri İsrail əsgərlərinin Azadlıq Karvanının tərkibində olublar. Onlar hücum zamanı orada olublar və hadisənin şahidi olublar. Onlar İsrail əsgərlərinin karvana hücumunu canli olaraq lentə aliblar lakin sonradan əsgərlər həmin kameralari və lentləri əllərindən alıb. 772938