IQNA

0:14 - April 13, 2011
Xəbər sayı: 2104915

Ciddə Beynəlxalq Quran əzbərləmə Təşkilatı indiyədək 29 Quran müsabiqəsi təşkil edib

Beynəlxalq şöbə: Ciddə Beynəlxalq Quran əzbərləmə Təşkilatının baş katibi Abdullah bin Əli Bəsfor bildirib ki, təşkilat indiyədək dünyanın müxtəlif ölkələrində 29 Quran müsabiqəsi təşkil edib.

İQNA Quran agentliyinin “Arab News” qəzetinə istinadən, Bəsfor Seneqal paytaxtı Dakartada keçirilən Afriqa Qitəsi üzrə beynəlxalq Quran müsabiqəsinin bağlanış mərasimində çıxışında deyib ki, təşkilatın keçirdiyi Quran müsabiqələrində ümumilikdə 3300 nəfər iştirak edib.

O əlavə edib ki, təşkilatın müxtəlif ölkələrdə Quran araşdırmalar mərkəzləri də fəaliyyət göstərir və indiyədək 30 min nəfər bu mərkəzlərdə keçirilən kurslarda iştirak ediblər.
Seneqal prezidenti Abdullah Vad müsabiqənin bağlanış mərasimində çıxışında bildirib ki, Seneqal əhalisinin 95 faizini müsəlmanlar təşkil edir və bu kimi müsabiqələrin Seneqalda keçirilməsinin zəruriliyini vurğulayıb. 773186
captcha