IQNA

12:23 - April 19, 2011
Xəbər sayı: 2108335

Londonda Həzrət Fatimə (s) şəhadəti münasibəti ilə mərasim keçiriləcək

Beynəlxalq çöbə: Həzrət Fatimə Zəhra (s) şəhadəti münasibəti ilə mayın 5-də Londonda Britaniya İslami Mərkəsində əzadarlıq məclisi təşkil olunacaq.

İQNA Quran agentliyinin “ic-el” saytına istinadən məlumatına əsasən, mərasim Britaniya İslami Mərkəzinin təşəbbüsü ilə və Əhli – Beyt (ə) aşiqlərinin iştirakı ilə təşkil olunacaq.
Əzadarlıq mərasimi həmin mərkəzdə 5 gecə davam edəcək. Mərasimdə höccətül-islam Məhəmməd Səid Bəhmənpur Həzrət Fatimə (s) şəxsiyyəti ilə bağlı xütbələr oxuyacaq. Mərasim hər gecə axşam və işa namazından sonra yerli vaxtla 21:00-da başlayacaq. 776134
captcha