İQNA Quran agentliyinin “20minutes” saytına istinadən məlumatına əsasən, Səudiyyə Ərəbistan təhlükəsizlik qüvvələri bazaar günü ƏL-Macedin evinə hücum ediblər və onu həbs ediblər.
Müstəqil İnsan Hüquqları Müdafiə Təşkilatı (Human Rights First Society) Səudiyyə qüvvələrinin Qətif regionunda “Əl-Xəbir” şəhərində Əl-Macedin evinə hücum etdiyini və onun şəxsi əşyalarını o cümlədən notbukunu müsadirə etdiyini təsdiqləyib. Hələlik Əl-Macedin hansı ittihamla həbs olunduğu açıqlanmayıb.
Qeyd edək ki, bir neçə gündür Səudiyyə Ərəbistanın şərq regionunda şiə fəallar həbs olmuş şiələrin və siyasi məhbusların azadlığa buraxılması tələbi ilə etiraz aksiyaları keçirirlər. 777718