İQNA Quran agentliyinin Böyük Rəhbərin ofisinin rəsmi saytına istinadən məlumatına əsasən, İslam İnqilabının Böyük Rəhbəri Ayətullah Xamenei aprelin 23-də səhər Fars əyalətində minlərlə xalqın qarşısında çox əhəmiyyətli çıxış edib və dünya və regionda baş verən şəraiti bəyan edib.
Böyük Rəhbər İslami oyanışın əhəmiyyətindən danışıb və ölkə rəsmilərini birliklərini qorumağa və davamlı işləməyə və İslam Respublikasının düşmənlərinin əlinə bəhanələr verməməyə çağırıb. “Bu gün ölkədəki güclər xüsusi ilə dövlət həqiqətən xidmət edir və çalışır və xalq və rəhbər həmişə ölkədə ximət və iş görmək istiqamətində onu dəstəkləyəcək. Amma harda Rəhbər hiss eləsə ki, böyük bir lazım olan və məsləhət olan məsələyə diqqət olunmur işə müdaxilə edəcək. O zamana kimi ki, Rəhbərlik yaşayır heç vaxt qoymayacaq İran xalqının öz dəyərlərinə doğru böyük hərəkətində bir zərrə belə caymalar olsun”, -deyə Böyük Rəhbər deyib.
Ayətullah Xamenei İran xalqının haqq mövqeində dözümlülüyünü regionda digər xalqlara nümunə olduğunu və İslam Respublikasına qarşı təzyiqlərin bu səbəbdən olduğunu vurğulayıb. “Bütün təzyiqlərə baxmayaraq İslam Respublikası möhkəm dayanıb və heç vaxt geri çəkilməyəcək və bu İslam rejiminin möhkəmlənməsinə və onların qılınclarının kütləşməsinə və daşa sancılmasına səbəb olub”,-deyə Böyük Rəhbər deyib.
ABŞ,sionistlər və Avropa regionda baş verən hadisələrdən xəbərsizdir. “Hegemonlar çalışır ki, regiondakı dəyişiklilkəri öz əllərinə alsınlar lakin bu İslami oyanışdır və qurtarmaq bilməyəcək, bu hərəkət inkişaf edəcək və geriyə yol yoxdur”,-deyə Böyük Rəhbər deyib.
İslam İnqilabının Rəhbəri buyurub ki, bu hərəkətlərin gələcəyi region xalqının xeyrinədir, lakin onlar ehtiyatlı olmalı və agah olmalıdırlar. Ona görə ki, düşmən onların bu hərəkətlərinin istiqamətini dəyişmək istəyir.
“Bəhreyn, Yəmən və Liviya xalqlarına açıq şəkildə zülm edirlər, cinayətkar və günahkardırlar.Bu zülmün əsas səbəbkarları Amerika və Qərb ölkələridir. Onlar qurma İsrail dövlətini qorumaq üçün belə addımlar atırlar”, -deyə Böyük Rəhbər deyib.
Böyük Rəhbər əlavə edib ki, regionda baş verən hadisələrdə ən böyük zülm Bəhreyn xalqına olur.
Ayətullah Xamenei buyurub ki, Qərb ölkələri İrana qarşı geniş təbliğat aparır. İslam Respublikası öz haqq olan mövqeyini açıq şəkildə bəyan edib , Qərb ölkləri bunun üçün öz təbliğat vasitələrini İrana qarşı mərkəzləşdiriblər.
“İranın region ölkələrinə müdaxiləsi iddiası əsassızdır.İran İslam Respublikası öz şəffaf mövqeyini Bəhreyn, Liviya və Yəməndə baş verənlər haqda bildirir”, -deyə Böyük Rəhbər deyib. Ayətullah Xamenei buyurub ki, İran İslam Respublikası öz şəffaf mövqeyini bəyan etmək üçün heç vaxt içi boş güclərdən çəkinməyib və çəkinməyəcəkdə. 779333