IQNA

İranlı qadınlar cümə günü Bəhreynin məzlum qadınlarına dəstək mitinqi təşkil edəcək

21:39 - April 27, 2011
Xəbər sayı: 2113423
Siyasi şöbə: İran İslam Respublikasında qadınlar Bəhreynin məzlum qadınlarına dəstək məqsədi ilə bu həftə cümə namazından sonra ölkənin bütün şəhərlərində etiraz mitinqi təşkil edəcəklər. Etiraz mitinqinə qadınları İranın İslami Təbliğatı Təşkilatının Əlaqələndirici Şurası dəvət edib.
İQNA Quran agentliyinin məlumatına əsasən, İranın İslami Təbliğat Təşkilatına çox saylı müraciətlərdən sonra təşkilat Bəhreynin müsəlman və məzlum xalqının qətliamı, xüsusi ilə Ali Xəlifə və Ali Səud rejiminin cinayətkarlarının bu ölkədə qadınlara və qızlara qarşı zorakılıqlarına etiraz əlaməti olaraq bu həftənin cümə gününü İranlı qadınların Bəhreynin məzlum qadınları ilə həmrəylik günü kimi elan edib və İranın bütün qadınlarını etiraz mitinqində iştirak etməyə çağırıb.
Təşkilat bəyanat yayaraq ötən günlər ərzində tələbələr, məktəblilər və digər ictimai nümayəndələrin Bəhreyndə, Liviyada və Yəməndə törədilən cinayətlərə qarşı etiraz aksiyası keçirdiyinə görə təşəkkür edib və ölkə qadınlarını İslami ölkələrdə bəşəriyyətə qarşı baş verən cinayətlərə, müsəlman məscidlərinə hörmətsizliyə, qadınların əziyyət və zorakılığa məruz qoyulmasına, Quranın yandırılmasına qarşı öz nifrət və etirazını bildirmək üçün cümə namazından sonra küçələrə axışmağa çağırıb.
Etiraz aksiyası İranın paytaxtı Tehranda cümə namazından sonra Tehran universitetindən İnqilab meydanı istiqamətində yürüşlə həyata keçiriləcək. 782367
captcha