İQNA Quran agentliyinin “mosqueedevigneux” saytına istinadən məlumatına əsasən, konfransda Fransada İslamofobiyaya qarşı Mübarizə Təşkilatının (CCIF ) sözçüsü Mərvan Məhəmməd , Fransada İslamofobiya qarşı Mübarizəyə Nəzarət Təşkilatının rəhbəri Nasir Zeytut , Vigneux-sur-Seine şəhərinin ziyalıları və alimlər və şəhər sakinləri iştirak edib.
Konfrans yerli vaxtla saat 21:00-dan 22:30 –dək məscinin konfrans salonunda keçirilib. Konfransda çıxış edənlər islamofobiya və onunla ilə qanuni mübarizə yollarının araşdırılması və onunla mübarizənin zəruriliyindən danışıblar. 783546