İQNA Quran agentliyinin “Rasid” saytına istinadən məlumatına əsasən, Səudiyyə Ərəbistanın Əl-Əvamiyyə şəhərinin şiə vətəndaşlarının qatıldığı mitinqdə minlərlə şiə Səud rejiminə qarşı şüarlar səsləndirib və Ali Səud rejimindən tez bir zamanda Bəhreyndəki cinayətlərinə son verməyə çağırıblar.
Mitinq iştirakçılardan biri deyib ki, ötən günkü mitinqdə etirazçılar Ali Səud rejiminin qüvvələrinin Bəhreyndən çıxarılmasını tələb ediblər. Mitinq iştirakçıları həmçinin Səudiyyə hökumətindən həbs etdiyi şiə fəallarını azadlığa buraxmağı tələb ediblər.
Qeyd edək ki, Əl-Şərqiyyə regionunda yaşayan şiə lər ötən iki ay ərzində Ali Səud rejiminə qarşı dəfələrlə etiraz mitinqi təşkil ediblər.783396