İQNA Quran agentliyinin “IESR” saytına istinadən məlumatına əsasən, kitab 96 səhifədir və iki qeyri-müsəlman yazıçı Nef Annliese və Van Renterghem Vanessa tərəfindən Peyğəmbərin (s) həyatı və davranışı ilə bağlı fransız dilində çap olmuş mənbələrdən toplayıblar.
Kitabın təqdimat mərasimi saat 18:30-da başlayacaq. Mərasimdə Ərəb Dünyası Müssisəsinin rəhbəri Bruno Levallois, Paris Din Elmləri üzrə Avropa müəssisəinin rəhbəri Domininque Borne və digər şəxsiyyətlər və alimlər iştirak edəcək.
Kitabda İslam Peyğəmbərinin (s) həyatından 6 dastan sadə dildə yazılıb. Vəhyin nazil olması, İslama dəvət və hicrət, merac, Məkkə şəhərinin fəthi, vida həcci və digər hadisələr öz əksini tapıb dastanlarda. 783391