IQNA Quran agentliyinin “atlasinfo” saytına istinadən məlumatına əsasən, mitinq “Hicablı analar” adı ilə təşkil olunur . Müsəlman qadınlar məktəblərdə müəllimlərin hicablı qadınlara və onların övladlarına hörmətsizliklərə son verilməsini tələb edəcəklər.
Mitinq bu gün yerli vaxtla 16:00-da şəhərin mərkəzi meydanında keçiriləcək. Mitinq iştirakçıları meydandan şəhər təhsil idarəsinə tərəf yürüş edəcək və idarənin qarşısında onların şikayətinə baxılmasını tələb edəcəklər.
Fransanın Montreuil şəhərinin bəzi məktəbləri hicablı qadınları və onların övladlarını məktəbin fövqəladə və proqramdan kənar fəaliyyətlərində iştirakını qadağan ediblər. Fransada hicab qadağan edilib, lakin bu qadağa məktəblərə və şagirdlərə aid deyil. Valideynlər hicablı geyimdə övladlarının yanında məktəbin proqramlarına qatıla bilərlər.784303