İQNA Quran agentliyinin “atlasinfo” saytına istinadən məlumatına əsasən, toplantıda iştirak edənlər Fransa Milli Cəbhəsi və digər ölkə partiyalarının müsəlmanlara və yəhudilərə qarşı ayrıseçkilik siyasətlərini pisləyiblər. Toplantı Fransa Yəhudi və İslam dinləri dostluq birliyi (AJMF) təşəbbüsü ilə təşkil olunub. Konfransda İslami təşkilatlar və Fransa Yəhudi Mərkəzinin rəhbər şəxsləri iştirak ediblər.
Toplantı iştirakçıları təkid ediblər ki, Fransada heç bir müsəlman və ya yəhudi 2012-ci ildə bu ölkədə keçiriləcək prezident seçkilərində Mili Cəbhə və digər irqçi partiyaları dəstəkləməyəcək.
Qeyd edək ki, Britaniyanın yəhudi və müsəlman icmaları mayın 9-da da həmçinin Londonda yerləşən Həzrət İbrahim (ə) övladları müəssisəsinin təşəbbüsü ilə toplantı keçirəcəklər. Toplantıda Britaniyada müxtəlif dinlər arasında qarşılıqlı anlaşma şəraitində yaşamaq və miqrantların hüquqlarının qorunması mövzusunu müzakirə etsinlər. 788390