IQNA

Mayın 12-si Bəhreyndə həbs olmuş həkimlərlə həmrəylik günü kimi qeyd olunacaq

0:23 - May 11, 2011
Xəbər sayı: 2120226
Beynəlxalq şöbə: Bəhreynin Milli Vifaq İslami Birliyi mayın 12-ni Bəhreyndə həbs olmuş həkimlərlə həmrəylik günü kimi qeyd ediləcəyini elan edib.
İQNA Quran agentliyinin “əl-Aləm” saytına istinadən məlumatına əsasən, Bəhreynin Milli Vifaq İslami Birliyi yayımladığı bəyanatda Bəhreyn xalqını xəstəxanalarda çalışan həbs olmuş həkimlər və onların ailələri il həmrəylik nümayiş etdirmək məqsədi ilə xiyabanlara çıxmağa çağırıb.
Bəyanatda xlqdan istənilib ki, həbs olmuş həkimlərlə həmrəylik nümayiş etdirmək məqsədi ilə həmin həkimlərin ailələrin gül dəstələri təqdim etsinlər. Bəhreyn xalqından həbs olmuş həkimlərin azadlığı üçün dualar etmələri xahiş olunur.
Qeyd edək ki, Bəhreyn xəstəxanalrında çalışan həkimlər öz insanlıq borclarını yerinə yetirdikləri üçün və yaralıları müalicə etdikləri üçün bu ölkənin təhlükəsizlik qüvvələri tərəfindən həb olunublar. Həkimlərin həbsi bir çox insane haqları və beynəlxalq təşkilatlar tərəfindən pislənilib. 789241
captcha