IQNA

Səudiyyə Ərəbistanında Peyğəmbərin (s) hədislərinin əzbər oxunması üzrə müsabiqə keçiriləcək

21:33 - May 16, 2011
Xəbər sayı: 2123355
Beynəlxalq şöbə: Səudiyyə Ərəbistanın Mədinə şəhərində mayın 23-də İslam Peyğəmbərinin (s) hədislərinin əzbər oxunması üzrə beynəlxalq müsabiqənin bağlanış mərasimi keçiriləcək.
İQNA Quran agentliyinin “spa” saytına istinadən məlumatına əsasən, İslam Peyğəmbərinin (s) hədislərinin əzbər oxunması üzrə VII dövr beynəlxalq müsabiqənin bağlanış mərasimi keçiriləcək.
Səudiyə Ərəbistanın daxili işlər naziri və İslam Peyğəmbəri (s) hədislərinin əzbər oxunması üzrə beynəlxaq yarışmanın ali şurasının sədri Naif bin Əbdüləziz bildirib ki, İslam Peyğəmbərinin (s) sünnətinə İslam dinin əsaslarını təbliğ etmək üçün zəruridir. “Müsabiqənin keçirilməsindən məqsəd müsəlmanlar arasında İslam Peyğəmbərinin(s) hədislərini əzbərləmək üçün rəğbət oyatmaq və onları bu işə maraqlandırmaqdır”, -deyə Əbdüləziz deyib.
O əlavə edib ki, müsəlman gənclər Quranı oxumağı öyrənməklə yanaşı İslam Peyğəmbərinin (s) hədislərini də öyrənməlidirlər.
Qeyd edək ki, müsabiqənin qaliblərinə mükafatlar təqdim olunacaq.792507
captcha