IQNA

Qazağıstan prezidentinin sərəncamı ilə bu ölkədə dini işlər üzrə təşkilat yaradılıb

23:35 - May 24, 2011
Xəbər sayı: 2127967
Siyasi və ictimai şöbə: Qazağıstan prezidenti Nursultan Nəzərbayevin sərəncamı ilə bu ölkədə Dini İşlər üzrə Təşkilat yaradılıb.
İQNA Quran agentliyinin məlumatına əsasən, yeni yaradılmış təşkilat bu ölkənin Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərən Dini İşlər üzrə Komitəni əvəz edəcək.
Dinlərarası əlaqələrin inkişaf etdirilməsi, dini azadlıqlar üzrə əhalinin hüquqlarının təmin olunması və dini icmalar arasında əlaqələrin inkişaf etdirmək Dini İşlər Üzrə Təşkilatın fəaliyyət istiqamətləri olacaq. 796911
captcha