IQNA

21:35 - May 25, 2011
Xəbər sayı: 2128625

Avstriyada Beynəlxalq Dinlərarası dialoq Mərkəzi təsis olunacaq

Beynəlxalq şöbə: Səudiyyə Ərəbistanın təhsil nazirinin müavini Feysəl bin Müəmmər bildirib ki, tezliklə Avstriyanın paytaxtı viyanada Beynəlxalq Dinlərarası Dialoq Mərkəzi təsis olunacaq.

İQNA Quran agentliyinin “Arab News” saytına istinadən məlumatına əsasən, Fransanın Bordo şəhərində keçirilən dini liderlərin asambeleyasında çıxışı zamanı Avstriyada beynəlxalq dialoq mərkəzinin təsis olunacağını deyib.
O əlavə edib ki, Səudiyyə Ərəbistan, Avstriya və İspaniya arasında mərkəzin təsis olunması üçün razılıq əldə olunub və üç ölkə Beynəlxalq Dialoq Mərkəzinin yaxın iki – üç həftə ərzində təsis olunması ilə bağlı müqavilə imzalayıblar.
O əlavə edib ki, cinayətlərin artması, yoxsulluq və ekologiyanın çirklənməsi kimi problemlər getdikcə artır və hazırkı dövrdə dünyada sülh və təhlükəsizliyin təmininə daha çox ehtiyac duyulur. “Dinlərarası dialoq və dinlərarası əməkdaşlıqların artırılması dünyada terrorizm, yoxsulluq və digər cinayətlərlə mübarizədə zəruridir”, -deyə Müəmmər deyib. 798407

captcha