İQNA Quran agentliyinin “la-croix” saytına istinadən məluamtına əsasən, Livanın Maroni kilsəsinin arxiyepiskopu Bəşarə Əl-Rayinin təklifi və Livanın müftisi Məhəmməd Rəşid Qəbaninin dəstəyi ilə təşkil olunacaq toplantıda müsəlmanlar və xristianlar arasında əlaqələrin inkişaf etdirilməsi və Yaxın Şərqdə məzhəblərarası ixtilafların həlli istiqamətində birgə addımların atılması müzakirə olunacaq.
Əl-Rayi deyib ki, Misirdə, İraqda müsəlmanlar və xristianlar arasında ixtilaflar yaranıb və təssüflər olsun ki, bəzi ölkələr Qərb ölkələrindəki islamofobiyanı xristianların mövqeyi kimi bilir və bu məsələ müsəlmanlar və xristianlar arasında ixtilaflar yaradır.
O əlavə edib ki, Qərb ölkələri xristianlıq demək deyil, onların sözləri, hərəkətləri, xristianlıq dinin göstərişləri demək deyil. 801637