IQNA

Ərəb Liqası sionistlərin Fələstin və Suriya xalqının qətliam etməsini pisləyib

20:30 - June 08, 2011
Xəbər sayı: 2135185
Beynəlxalq şöbə: Ərəb Liqası Livan və Suriyada “Naksa” (məğlubiyyət) günündə fələstinli və suriyalı vətəndaşların sionist rejimi cinayətkarları tərəfindən qətliamını pisləyib.
İQNA Quran agentliyinin “Kuna” agentliyinə istinadən məlumatına əsasən, bazar günü (iyun ayının 5-də) Qüdsün işğal edilməsinin 44-ci ildönümü günündə Suriya xalqı və fələstinli didərginlər işğal altında olan Covlan sərhədində sionist rejimin işğalçılıqlarına qarşı aksiya keçiriblər. Bu aksiyada İsrail hərbçilərinin açdığı atəş nəticəsində 28 nəfər həlak olub, 350 nəfər isə yaralanıb.
Ərəb Liqası bəyanat yayaraq bu vəhşiliyi pisləyib və bildirib ki, sionist rejimi ötən 63 il ərzində Fələstin xalqını qətliam edib onlara qarşı soyqrım həyata keçirib , bundan başqa onların torpaqlarını və evlərini işğal edib, haqqlarını tapdalayıb. 805126
7-
captcha