IQNA

18:51 - June 11, 2011
Xəbər sayı: 2136275

Misirdə zehni cəhətdən zəif olan uşaqlar arasında Quran müsabiqəsi keçiriləcək

Beynəlxalq şöbə: Misir İslami İşlər və Vəqflər Nazirliyi ilk dəfə olaraq ölkədə zehni cəhətdən zəif olan uşaqlar arasında Quran müsabiqəsi təşkil edəcək. İyunun 11-dən müsabiqədə iştirak etmək istəyənlərin qeydiyyatına başlanılıb.

İQNA Quran agentliyinin “Əl-Əhram” qəzetinə istinadən məlumatına əsasən, Quran müsabiqəsində iştirak etmək istəyənlər Misirin “Əbrar” xüsusi xəstəliklər üzrə müəssisəsinə və Misirin müxtəlif rayonlarında Vəqflər İdarəsinə müraciət edə bilərlər.
Misirin İsgəndəriyyə şəhər üzrə Vəqflər Nazirliyinin nümayəndəsi Məhəmməd Mahmud Əbuhətəb bildirib ki, müsabiqənin keçirilməsindən məqsəd zehni cəhətdən zəif olan uşaqları Quranın əzbərlənməsi və qiraətinə maraqlandırmaq və onların dini biliklərini artırmaqdır.
Müsabiqəyə qeydiyyat bir həftə ərzində davam edəcək. Quran müsabiqəsində iştirak edənlər qısa surələrinin əzbər oxunması, Quranın bir cüzünün əzbər oxunması, “Əla” surəsindən “Nas” surəsinə kimi, Quranın dörddə bir hissəsinin əzbər oxunması, və Quranın tamamilə əzbər oxunası üzrə bir-birləri ilə yarışacaqlar.
806453

captcha