IQNA

Viyananın “Əl-Mehdi (əc)” məscidində xeyriyyə məqsədi ilə yarmarka təşkil olunacaq

18:59 - June 11, 2011
Xəbər sayı: 2136277
Beynəlxalq şöbə: Avstriyanın paytaxtı Viyanada İmam Əli (ə) adına İslami Mərkəzin təşəbbüsü ilə “Əl-Mehdi (əc)” məscidində xeyriyyə məqsədi ilə yarmarka təşkil olunacaq.
İQNA Quran agentliyinin “İmam Əli (ə)” adına İslami Mərkəzin mətbuat xidmətinə istinadən məlumatına əsasən, xeyriyyə yarmarkasında müxtəlif növ yeməklər, şirniyyatlar və ərzaq məhsulları satışa çıxarılacaq və əldə olunan gəlir ehtiyacı olan şəxslərə xərclənəcək.
Yarmarka iyunun 12-dən iki gün müddətinə yerli vaxtla saat 9-dan axşam saat 21-dək davam edəcək.
Qeyd edək ki, İmam Əli (ə) İslami Mərkəzi 2001-ci ilin iyun ayından rəsmi fəaliyyətə başlayıb. Mərkəz dini, mədəni fəaliyyətlərlə məşğul olur və Avstriyada fəal islami təşkilatlardandır. 806605
captcha