İQNA Quran agentliyinin məlumatına əsasən, studioda Azan beş müxtəlif versiyada səsləndirilib.
“Kainat” studiosunun direktoru Sülyman Fərzəliyev bu haqda bildirib ki, Azərbaycan məscidlərində azan müxtəlif formalarda səsləndirilir və bəzi vaxtlar məscid minarələrindən səslənən azanların keyfiyyəti aşağı olur. “Biz məscidlərdə bu problemin həlli üçün ixtisaslı şəxlsərlə məsləhətləşmələr apardıq və qərara alındı ki, problemin həlli üçün Şahmərdan Tağıyevin səsi ilə azan yazılsın və bütün məscidlərə paylanılsın. Beləliklədə bütün məscidlərdən vahid azan səsi eşidilsin”, -deyə Fərzəliyev deyib.
Fərzəliyev əlavə edib ki, yaxın bir ay ərzində Tağıyevin səsi ilə azan studioda yazılacaq və CD formasında bütün məscidlərə paylanacaq ki, azan vaxtı istifadə olunsun.
Qeyd edək ki, Azərbaycanlı qari Tağıyevin səsi ilə azan, namaz duaları, fərəc duası, təvəssül duası da qiraət olunaraq CD-lərə yazılıb və paylanılıb. 806671