İQNA Quran agentliyinin interfax.ru saytına istinadən məlumatına əsasən, bu hotellərin özəlliklərindən biri budur ki, həmin hotellərdə müştərilərə spirtli içkilər verilmir.
Hotellərdə qadınlar və kişilərin üzməsi üçün ayrıca basinalar və dəniz sahilləri ayrılır. Hazırda Türkiyədə 17 İslami hotel müştərilərə xidmət göstərir. Hotellər əsasən, Türkiyənin qərb və cənubunda yerləşir.
Məlumata əsasən, Türkiyədəki İslami hotellərin əksəriyyəti dörd ulduz və üç ulduzlu hotellərdir. Həmin hotellərdən 4 –ü beş ulduzlu hoteldir. 807030