IQNA

22:49 - June 12, 2011
Xəbər sayı: 2137030

“Quran tərcüməçiləri” konfransı bundan sonra beynəlxalq səviyyədə keçiriləcək

Quran fəaliyyətləri üzrə şöbə: Cari ilin fevral ayında İranın Qum şəhərində keçirilən “Quran tərcüməçiləri” konfransı gələn ildən beynəlxalq səviyyədə keçiriləcək.

Dini Elmi Mərkəzin Quran araşdırmaları Birliyinin sədri Seyid Rza Müəddib İQNA Quran agentliyi ilə müsahibəsində bildirib ki, cari ilin fevral ayında “Quran tərcüməçiləri” konfransı Camiətul-Mustafa (s) Beynəlxalq Universitetinin İmam Xumeyni (r) Ali TƏhsil Mərəkəzində ölkənin 40 Quran tərcüməçisinin iştirakı ilə keçirildi.
O əlavə edib ki, həmin konfransda Ayətullah Məkarim Şirazi də iştirak etdi və Quran tərcüməsi haqqında çox dəyərli məsələlər müzakirə olundu. Quranın tərcüməsi üçün üslub və qaydaların tətbiq olunması haqqında razılıq əldə olundu və qərara alındı ki, konfrans iştirakçılarında bir qrup həmin qaydaların hazırlanması məsələsi üzərində işləsinlər.
Müəddib əlavə edib ki, gələn il konfransda iştirak etmək üçün daha çox tərcüməçilər dəvət olunacaq. Eləcə də konfransa digər ölkələrdən də Quran tərcüməçiləri dəvət olunacaq.
Qeyd edək ki, konfransı katibi Məhəmməd Əli Rzayi İsfahani ötən il keçirilən konfransda çıxışı zmanı bildirmişdi ki, ümumiyyətlə Quranın indiyədək 181 tərcüməsi mövcuddur. Onlardan bəzisi tam və bəzisi yarımçıq tərcümələrdir.
O əlavə edib ki, dünyada 5103 dil mövcuddur. Həmin dillərdən 2000-dən çoxu istifadə olunan dillərdir. Müqəddəs Kitablar 1700 dilə tərcümə olunub, lakin Quran indiyədək yalnız 120 dilə tərcümə olunub. 807125
captcha