IQNA

18:34 - June 18, 2011
Xəbər sayı: 2140105

Hollandiya partiyalarından birinin bu ölkədə islamla əlaqədar qoyulan qadağalar üçün səyi

Beynəlxalq şöbə: Hollandiyanın “Heyvanları müdafiə” siyasi partiyası bu ölkənin əsas qanununda islamla əlaqədar qanun maddəsinin dəyişdirilməsini istəyib.

İran Quran Xəbər Agentliyi (İQNA): “Romandie” xəbər bürosunun məlumatına görə, Hollandiyada “heyvanların müdafiəsi” partiyası bu ölkənin məclisinə yeni layihə verməklə heyvanlarla əlaqədar olan qanunun dəyişdirilməsini istəyib.
İslam qruplarının nümayəndələri və bəzi yəhudi qurumları bu addımlara üsyan etməklə heyvanların huşunun itirilməsi islam dininə zidd və mənasız iş olduğu bildirilir. Məclis nümayəndələrindən bu layihəyə mənfi rəy bildirmələrini tələb ediblər.
“CMO” Islam təşkilatının rəisi Yusif Altuntaş və dövlətlə müsəlman azlıqları əlaqələrinin məsulu Hollandiya parlamentinin komissiyasında etdiyi çıxışı əsnasında bu layihə ilə bağlı belə bildirib: Biz heyvanların huşsuz edilməsinə qarşıyıq, çünki bu iş İslam dininin və Qurani-Kərimin qanunlarına ziddir.
Həmçinin Hollandiya yəhudi azlıqlarının nümayəndəsi Binyamin Yakubes bu məclisdə deyib: Hollandiyanın Konstitusiyasına əsasən heyvanların huşsuz edilməsi zəruridir, amma bu qanunda yəhudilər və müsəlmanlar tərəfindən, yəni halallıq baxımından istisna hal kimi qeyd olunmuşdur və “heyvanların müdafiəsi” partiyasının məqsədi bu istisnanı qanundan ixtisar etməkdir.
İslam və yəhudi icmalarının nümayəndələri, xordad ayının 26-sı, bəyannamənin nəşri ilə elan etdlər ki, istifadə olunmuş üsullarda heç zaman heyvanlara əziyyət verilməyəcək və hal-hazırda islam qanunlarına uyğun şəkildə heyvanların huşsuz edilməsi ilə məşğul olan insanlar əvvəlcədən təlim görmüş, heyvanların huşsuz edilməsi ilə əlaqədar olan layihənin təsdiqlənməsi İslam dini və yəhudilik baxımından qəbul olunmur.
Qeyd olunmalıdır ki, Hollandiyanın parlamentində iki kürsünü tutan “Heyvanların Müdafiəsi” partiyası bu ölkənin parlamentinə layihə təqdim etməklə müxtəlif partiyaların nümayəndələrindən heyvanların huşsuz edilməsi layihəsini təsdiqləməyi və qanunda müsəlmanlar və yəhudiləri istisna olaraq qeyd etməyi lazım bilməməyi istədi.
809984



captcha