İranın Quran agentliyinin hesabatına əsasən, “marketwire” xəbər bürosunun məlumatına görə, Fələstinin yerli təşkilatlarının çoxsaylı nümayəndələri, jurnalistlər, Kanadadakı beynəlxalq partiyaların üzvləri cari ilin sonlarında “Azadlıq 2” karvanına qoşulan“Təhrir” gəmisi ilə Qəzzanın mühasirəsini yarmaq məqsədindədirlər.
Həmçinin, İslam, xristianlıq və yəhudilik dinlərinin rəhbərləri də, siyasi nümayəndələr və Kanadanın müxtəlif partiyaları “Təhrir” gəmisi ilə gedəcəklər.
“Müstəqil Kanada yəhudilərinin səsi” adlı birləşmiş komitə üzvü Dilan Penir və “Təhrir” gəmisinin ezam olunmuş işçilərindən biri, işğalçılıq əleyhinə Yəhudi icmasının üzvü Viyuvin Burzesalt, sülh tərəfdarları beynəlxalq xristianlıq təşkilatının üzvü Harmit Sinqsuden, Kuvin universitetinin professoru Robert Loulas, həmçinin qadınlarının və uşaqların müdafiəsi komitəsinin üzvləri və digərləri bu karvanla getməyə hazırlaşırlar.
Eləcə də, Belçikadan 4, Avstraliyadan 4, Danimarkadan 5, Almaniyadan 1 nümayəndə “Təhrir” gəmisində Qəzzanın azadlığı üçün iştirak edəcəklər.
809909