Lebanonfiles-in məlumatına əsasən bu məclis İslam ölkələrinin İsesko təşkilatının əsas üzvlərinin iştirakı ilə keçirilir və cari ilin tir ayının 2-nə kimi davam edəcək.
Bu iclas həmin gün yerli vaxtla saat 9:30-da Livianın mədəniyyət nazirliyinin ümumi zalında başlanacaq və orada Suriya, Fələstin, İordaniya, Sudan, Misir, Səudiyyə Ərəbistanı, Mərakeş, Oman və Livianın 35 təhsil işçisi iştirak edəcəklər.
Livanda keçirilən bu iclasın əsas məqsədi İslam dünyasında təhsilin yüksək səviyyəyə qalxması, təhsil alanların təlimi ilə bağlı inkişaf proqramlarının hazırlanması, İslam ölkələrinin xarici və daxili bazarlarda təhsil sitemində keyfiyyətinin artırılmasıdır.
Bu iclasda iştirak edənlər həmçinin təhsil istehsalatında keyfiyyətin əldə olunması, təlim-təhsil sahəsinə sərmayə qoyulması, dünya iş bazarında rəqabətin artması və yeni proqramların hazırlanmasında səy göstərilməsi barədə müzakirələr apardılar.
Gələcəkdə bu sahədə yeni imkanların yaradılması, yeni yüksək təhsil sisteminin yaradılması üçün tədqiqatlar aparılacaq və Beyrutda İsesconun iclasında bu araşdırmalar müzakirə olunacaq.
810498