IQNA

İmam Əli (ə)-ın mövludu münasibətilə Hindistanın Binares şəhərində “Bidel və həzin” ədəbi cəmiyyəti açıldı

17:00 - June 20, 2011
Xəbər sayı: 2141413
Mədəniyyət və incəsənət şöbəsi: Əmirəl-möminin (ə)-ın viladəti münasibətilə Yeni Dehlidə fars tədqiqat mərkəzinin və “Hind Binares” universitetinin fars şöbəsinin həmkarlığı ilə xordadın 25-I bu universitetin İncəsənət fakültəsinin ümumi zalında “Bidel və həzin” ədəbi cəmiyyəti açıldı.
İQNA Quran Xəbər Agentliyinin məlumatına əsasən, bu mərasimdə İİR-nın Yeni Dehlidəki səfiri Kərim Nəcəfi Bərzegər Maharaca Benaresin “Həzin” üçün etdiyi işləri xatırladaraq bildirdi ki, hindlilər fars dilinin, qədim fars təzkirələrinin yayılmasında mühüm addımlar atmışlar və bəzi hind şairlərinin də fars dilində layiqli xidmətləri olmuşdur.
Həmçinin Nəcəfi ölkənin nazirinin də fars dili və fars mədəniyyətinin yayılmasında etdiyi xidmətləri dəyərləndirdi, onu İslam aşiqi və pak şiə kimi nümunə olaraq göstərdi və ona islam maarifinin və fars dilinin nəşrində zəhmətlərinə görə təşəkkür etdi.
810613
captcha