İranın Quran xəbər agentliyi və Qatarda nəşr olunan Şərq qəzetinin məlumatına əsasən, müsabiqələrin bu mərhələsi yerli vaxtla cümə günü saat 16-da Qatarın dini işlər üzrə nümayəndəsi Qeys Minmübarək Əlkəvarinin nəzarəti ilə başlandı, Əlcəzirənin Mahvare kanalının Əli-Əlhəva proqramında birbaşa yayımlandı.
Bu mərhələnin açılış mərasimi beynəlxalq Quran komitəsinin iştirakı ilə keçiriləcək və bu mərasimin proqramı dünyanın məşhur 3 qarisinin Quran oxuması ilə davam edəcək.
Əlcəzirə kanalında nümayiş olunacaq Quranın tilavəti üzrə aparılan müsabiqəsinin sonuncu mərhələsində 5 qitənin 16 ölkəsindən 63 uşağın bir-birləri ilə rəqabət aparacaqlar və xordadın 31 –I iştirak edəcək qarilər ölkəyə daxil oldular, tir ayının 2-si ezam olunmuş bütün heyətlər bu ölkəyə çatacaqlar.
Qatarın dini işlər üzrə nazirliyi müsabiqənin ən yaxşı seçilən şəxsləri üçün 5 hədiyyə nəzərdə tutub.Quran elmləri üzrə 7 nəfər alim müxtəlif ölkələrdən olan iştirakçıların rəqabətinə nəzarət etmək təyin olunublar.
Əl-Əzhər universitetinin professor və Misir qarisi Şeyx Əhməd İsa Əlmesrəvi müsabiqənin səlahiyyətlərini öhdəsinə götürüb və Qatar xətibi və İmamcamaatı Əbdülrəşid Sufi, Suriyada Quranın əzbərlənməsi üzrə dünya təşkilatının elmi Şurasının rəhbəri İmən Rəşidi Suid, Mərakeşin Darol-bıyda (ağ qapı) şəhərinin “Həsənol-sani” məscidinin Quran mədrəsəsinin qiraət, dil, ədəbiyyat və fiqh müəllimi Məhəmmədəli Ətfay , Livanın Beyrut şəhərinin qarisi ,Şeyx Mahmmud Əl-Əkavi, Ərəbistanın Quranın hifzi sahəsində bütün xeyriyyə cəmiyyətlərinin rəhbəri Osman Sədiqi, Malaziyadan beynəlxalq Quran müsabiqəsinin komitə rəhbəri Senseri İsmayıl bin Mahmud bu komitənin üzvlərindəndirlər. 813373