IQNA

18:11 - June 27, 2011
Xəbər sayı: 2145363

Tunisin islam bankının inkişafı üçün Tunis müvəqqəti hökümətinin səyi

Beynəlxalq şöbə: Tunisin müvəqqəti dövlətinin baş naziri Əlbaci Qayedəl-Səbisi tir ayının 3-ü Əlzitune bankının rəhbəri ilə görüşdə bu ölkədə islam bankçılığının inkişafına zərurətin olduğunu bildirdi.

İranın Quran xəbər agentliyi və “businessnews” xəbər bürosunun məlumatına əsasən, Əlsəbisi Əlzətune bankının rəhbər heyətinin başçısı Məhfuz Baruni ilə öz görüşündə müvəqqəti hökümətin İslam iqtisadi bankının yüksəlişini və bu ölkədə islam banklarının yaradılmasını zəruri hesab etdi.
Məhfuz Baruni Tunis mətbuatı ilə müsahibəsində dedi: Baş nazirlə olan görüşümdə qərara aldıq ki, bundan sonra Milli bank adlandırılan Əlzitune bankının fəaliyyətləri İslam şəriət qaydaları əsasında iqtisadi yüksəliş əldə etməlidir, bu yolla Tunis regionda İslam bankçılığının əsas qütbü kimi diqqət mərkəzində ola bilər.
O, çıxışının digər hissəsində bunu əlavə etdi: İslam inkişaf bankı ilə həmkarlığın artması dünyada İslam maliyyə sisteminin digər ölkələrdə istifadə olunmasına və genişlənməsinə səbəb olacaq. 814373

captcha